Hindistanda torpaq sürüşməsi nəticəsində azı 18 nəfər ölüb

Hindistanda torpaq sürüşməsi nəticəsində azı 18 nəfər ölüb
07 Okt 2025 22:30

Hindistanın Himaçal-Pradeş ştatında güclü torpaq sürüşməsi nəticəsində Biləspur dairəsində 30 sərnişini daşıyan özəl avtobus torpaq kütləsi altında qalıb.

News365.az "India Today"ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 18 nəfər ölüb, 3 nəfər xilas edilib.

Məlumata görə, Ballu körpüsü yaxınlığında baş verən torpaq sürüşməsi Marotandan Kalaula gedən avtobusu tamamilə torpaq kütləsi altında qoyub. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Hindistanın Baş naziri Narendra Modi ölənlərin ailələrinə başsağlığı verib. O, Baş Nazirin Yardım Fondundan təzminat ödəniləcəyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada