“Qızlargecə” toy adəti hansı bölgədə idi? - FOTO

“Qızlargecə” toy adəti hansı bölgədə idi? -  FOTO
25 İyn 2024 09:34

"Qərbi Azərbaycanlıların deportasiya olunan günə qədər doğma dədə-baba torpaqlarında çox qeyri adi toy adətləri var idi. Qərbi Azərbaycan, o cümlədən İrəvan bölgəsinin adət-ənənələri, mərasimləri zəngin etnoregional spesifıkaya malikdir. Bu özünəməxsusluq avtoxton həyatla müəyyənləşir. Çoxsaylı zəngin toy adətləri içərisində Qərbi Azərbaycanda belə bir unudulmaqda olan adət var idi. Adına “Qızlargecə" deyilir".

News365.az- xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.

O bildirib ki. “Qızlargecə” bir növ qız toyuna bənzəyir:

"Oğlan toyundan bir həftə əvvəl qızın başına qonşu, qohum və tanış qızlar cəmləşir, onlar burada sərbəst çalıb-çağırır, hər birisi bir bayatı ilə bu toya öz münasibətlərini bildirirlər. İştirakçılardan biri bayatı vasitəsilə bildirir ki, çox da qürrələnmə, uzaq kəndə köçürsən, bir başqası deyir, bəxtəvərsən, məndən qabağa düşdün.

Şənliyin qızğın yerində oğlan tərəfdən qohum qızlar gəlir. Onlar bayırdan pəncərəyə yaxınlaşırlar və xorla deyirlər:

Qız almağa gəlmişik,

Pəncərəni qoparmağa gəlmişik.

Qız tərəfdən onların qabağına bir neçə qız çıxarılır. Oğlan tərəfindən olan qız deyir:

- Bizim oğlumuz daha üstündür. At çapmaqda, hünərdə, qazanmaqda ona çatan olmaz.

Onun qabağına çıxan qız tərəfinin nümayəndəsi isə deyir:

- Bizim qızımız mələkdir, düzlərin ceyranıdır. Onun toxuduğu xalını, gəbəni heç kəs toxuya bilməz. Özü ceyran baxışlı, əli dərmə naxışlı.

“Qızlargecə”də hər bir qızın gözaltısından qızın bacıları, oğlanın bacıları, qohumları xəbər tuturlar.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər