Keçmiş hakim Yelena Xaxaleva Rusiya Federasiyasının tələbi ilə Bakıda saxlanılıb. Bu barədə REN TV öz mənbələrinə istinadən məlumat yayıb.
Qadın hava limanında saxlanılıb. O, Rusiyada dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunur.
Lenta.ru-nun məlumatına görə, Xaxaleva 2017-ci ilin iyulunda qızı üçün 2 milyon dollarlıq toy təşkil etməklə məşhurlaşmışdı. 2016-2019-cu illərdə Xaxaleva Krasnodar Regional Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasının sədri vəzifəsində çalışıb. O, 2022-ci ildə 1 milyon rublu mənimsədiyinə görə qiyabi həbs edilib.
Tural