Qırmızı beretlilərin döydüyü erməni jurnalist huşunu itirdi - VİDEO

Qırmızı beretlilərin döydüyü erməni jurnalist huşunu itirdi  - VİDEO
13 May 2024 12:00

Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Artıq 134 radikal etirazçı paytaxtın müxtəlif polis bölmələrinə gətirilib. xəbər verir ki, Daxili İşlər Nazirliyi xüsusi təyinatlı polis dəstələrini də radikalların iğtişaşlarının yatırılmasına cəlb edib. "Mamul" nəşri polis və xüsusi təyinatlıların jurnalistlərə qarşı da güc tətbiq etdiyini və kobud davrandığını yazıb.

Yerli media xəbər verir ki, bir müddət əvvəl qırmızı beretlilər 24News-un jurnalistinə hücum ediblər. Yayılan kadrlarda onun qışqırması və xüsusi təyinatlıların fiziki təzyiqi nəticəsində huşunu itirməsi əks olunub. Qeyd edilir ki, Meri Manukyan adlı jurnalist sadəcə aksiyanı işıqlandırır, etirazçılara qoşulmayıbmış.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər