Erməni xüsusi təyinatlılar jurnalistlərə təzyiq göstərirlər

Erməni xüsusi təyinatlılar jurnalistlərə təzyiq göstərirlər
13 May 2024 11:26

Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Artıq 134 radikal etirazçı paytaxtın müxtəlif polis bölmələrinə gətirilib. xəbər verir ki, Daxili İşlər Nazirliyi xüsusi təyinatlı polis dəstələrini də radikalların iğtişaşlarının yatırılmasına cəlb edib. "Mamul" nəşri polis və xüsusi təyinatlıların jurnalistlərə qarşı da güc tətbiq etdiyini və kobud davrandığını yazıb. Məsələn, xüsusi təyinatlıların komandiri Aykaz Comərdyanın jurnalist qadınla bir-birini spyməsi barədə kadrlar yayılıb.

"İnternetdə polis polkovnik-leytenantı Haykaz Comardyanın jurnalisti əclaf adlandırmasını əks etdirən kadrlar yayılıb. Ümumilikdə isə media nümayəndələri də təzyiqlərə məruz qalırlar", - nəşr yazıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Dünən axşam isə hərəkat İrəvanda genişmiqyaslı mitinq keçirib.

Tural


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər