İrəvanda vəziyyət gərginləşib: 134 etirazçı saxlanıldı

İrəvanda vəziyyət gərginləşib:  134 etirazçı saxlanıldı
13 May 2024 11:07

Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Artıq 134 radikal etirazçı paytaxtın müxtəlif polis bölmələrinə gətirilib. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Səhər saatlarında Ermənistan paytaxtının müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları başlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, 130-dan çox vətəndaş dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar", - sayt yazıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Dünən axşam isə hərəkat İrəvanda genişmiqyaslı mitinq keçirib.

Tural


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər