Qəzzada davam edən müharibə minlərlə insanın həyatına son qoyub.
News365.az xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin son açıqlamasına görə, indiyədək bölgədə 67 min 173 nəfər həlak olub.
Rəsmi məlumata əsasən, ölənlər arasında 20 min 179 uşaq, 10 min 427 qadın və 4 min 813 yaşlı şəxs var.
Fələstin tərəfi bildirir ki, itkilərin sayı hər gün artmaqda davam edir.
News365.az