Moskva bu tarixdə qələbəsini elan etməyə hazırlaşır

Moskva bu tarixdə qələbəsini elan etməyə hazırlaşır
21 Fev 2025 17:40

Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğalının üçüncü ildönümü günündə qələbəsini elan etmək istəyir.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, Moskva qələbəsini  fevralın 24-də elan etməyə hazırlaşır.

Məlumatda bildirilir ki, Rusiya təbliğatçılarına işğalın ildönümü üçün "qələbə" hekayələrini təbliğ etmək tapşırılıb.

“Xüsusilə də, Kremlin göstərişi ilə təbliğat ordusu və xüsusi xidmət orqanları Ukrayna cəmiyyəti arasında ümidsizlik yaratmaq, dövlətimiz daxilində vəziyyətin sabitliyini pozmaq, işğalçılara qarşı mübarizədə təhlükəsizlik və müdafiə qüvvələrimizə mühüm hərbi yardım göstərən tərəfdaş dövlətlər arasında Ukraynanı nüfuzdan salmaq səylərini gücləndirir.
Bununla bağlı, düşmənin informasiya hücumlarında “Qərb Ukraynaya xəyanət edib”, “Avropalıların və ukraynalıların fikirləri nə Moskvaya, nə də Vaşinqtona dəxli yoxdur”, “ABŞ və Rusiya Ukraynanın arxasında hər şeydə razılığa gəliblər” və sair bu kimi  şüarlardan istifadə edirlər”, - məlumatda deyilir.



Sizin reklam burada
Sizin reklam burada