Korrupsiyaya görə saxlanılmış məmur döyüşlərdə öldürüldü

Korrupsiyaya görə saxlanılmış məmur döyüşlərdə öldürüldü
21 Fev 2025 15:55

Külli miqdarda rüşvət almaqda təqsirli bilinən Tuqulım şəhər dairəsi rəhbərinin keçmiş müavini Sergey Utkin Ukraynadakı gərgin döyüşlər zamanı öldürülüb. Bu barədə Rusiya mediası adı açıqlanmayan mənbəyə və rayonun keçmiş rəhbəri Nikolay Çerepanova istinadən məlumat yayıb.


Onun sözlərinə görə, Utkin artıq dəfn olunub.

"Vida mərasimində xeyli sayda adam var idi. Onu çox adam tanıyırdı. Yalnız yaxşı şeyləri xatırlayırdılar, çünki o, yaxşı insan idi",- Tuqulum şəhər dairəsinin keçmiş rəhbəri deyib.

Agentliyin digər mənbəsinin verdiyi məlumata görə, keçmiş məmur ötən ilin sonunda koloniyadan müqavilə bağlayaraq Ukraynaya gedib və “Ştorm V” hücum dəstəsinin üzvü olub. O, döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada