Qətliamdan öncəki mesajı üzə çıxdı: "Atam məni..."

Qətliamdan öncəki mesajı üzə çıxdı: "Atam məni..."
10:30

Türkiyənin Kahramanmaraş şəhərində 10 nəfərin həyatını itirməsi ilə nəticələnən məktəb hücumu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

News365.az xəbər verir ki, hücumu törədən 14 yaşlı İsa Aras Mersinlinin hadisədən bir gün əvvəl VPN vasitəsilə məşhur “Discord” platformasında planını açıq şəkildə paylaşdığı müəyyən edilib. 

Bildirilib ki, 8-ci sinif şagirdi olan yeniyetmə müxtəlif qruplarda yazdığı mesajlarda həm psixoloji gərginlik yaşadığını, həm də atası ilə aralarındakı problemləri dilə gətirib. Onun yazışmalarında aşağıdakı ifadələr yer alıb:

– “Lənət olsun! Bunu bu gün edə bilərəm”.

– “Günorta saat 3-ə yaxın hər şey hazır olacaq”.

– “Əgər 5-ci və 6-cı sinif şagirdləri otaqda olsa, işim daha asan olar”.

– “Atam məni boğmağa çalışdı. Bu gün özümü tam tükənmiş hiss edirəm”.

– “Evdə təkəm, indi manifestimi tamamlayıb bir az dincələcəyəm”.

– “Sonra bu dünyaya nə qədər yorğun olduğumu və nələr edə biləcəyimi göstərəcəyəm”.

Qeyd edək ki, Ayser Çalık Orta Məktəbində baş verən silahlı insident zamanı riyaziyyat müəllimi Ayla Kara şagirdləri qorumağa çalışarkən həyatını itirib. Hadisə nəticəsində öldürülən şagirdlərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Həmçinin məlum olub ki, hücumçunun atası – keçmiş polis rəisi Uğur Mersinli silahların saxlanmasına səhlənkar yanaşdığı və dolayısı ilə məsuliyyət daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq isə hadisənin hər hansı terror təşkilatı ilə əlaqəsinin olmadığını, cinayətin şəxsi motivlər əsasında törədildiyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada