Fərhad Mehdiyev: “İran Hizbullahı tək qoydu“

Fərhad Mehdiyev: “İran Hizbullahı tək qoydu“
09:19

Hüquqşünas Fərhad Mehdiyev Livandakı vəziyyət və ABŞ-İsrail hərbi əməkdaşlığı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Livandakı şiə qüvvələrinin İsrailə qarşı ikinci cəbhə açmasından sonra İsrail ordusu Cənubi Livanda irəliləyiş əldə edib. Fərhad Mehdiyevin sözlərinə görə, İsrail qüvvələri Litani çayını keçərək regionun ən böyük şəhərlərindən biri olan Nəbatiyəni mühasirəyə almağa başlayıb.

Hüquqşünas paylaşımında İranın Hizbullahı müharibədə kifayət qədər dəstəkləmədiyini iddia edib və bunun nəticəsində ən böyük zərərin Livana dəydiyini vurğulayıb.

F.Mehdiyev eyni zamanda ABŞ Konqresində müzakirə olunan yeni təşəbbüsə də diqqət çəkib. Onun sözlərinə görə, 224 saylı layihə hər iki palatada qəbul olunarsa, ABŞ və İsrail arasında hərbi əməkdaşlıq yeni mərhələyə keçəcək, əməkdaşlıq yalnız hərbi yardımı deyil, həm də birgə tədqiqat və istehsalı əhatə edəcək.

Paylaşımının sonunda hüquqşünas Yaxın Şərqdəki münaqişə və fələstinli uşaqların ölümü ilə bağlı ABŞ-ın məsuliyyət daşıdığını bildirib.



Sizin reklam burada
Sizin reklam burada