Qərb hər
vasitə ilə ağa qara deməkdə israrlıdır. Çünki, Qərbin eqosu var. Onlar özlərindən
başqa heç kim haqqında müsbət fikir eşitmək və demək istəmirlər. Necə ki, hər
zaman ölkəmiz haqqında təxribat dolu fikirlər səsləndirirlər. Bax, Qərbə bu
yolda daha bir tutarlı sübut. Azərbaycanı qərəzli şəkildə “petrostate” kimi təqdim
etməyə çalışanlar üçün deyək ki, bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl
enerji istehsalı 80 faiz artıb.
Mövzu ilə
bağlı News365.az–a danışan millət vəkili Vüqar Bayramov deyib ki, bu dövrdə
yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə
nisbətən 1 495,0 mln. kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib. Külək
elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə
515,3 mln. kVt·st enerji istehsal edilib:
“Hədəflər də
ölçülə bilən və realdır. 2030-cu ildək Azərbaycanda ümumi enerji istehlakında
yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz
azaldılması nəzərdə tutulur. Son illər alternativ mənbələrdən enerji
istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən
sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir”.
News365.az