“Bu gün Azərbaycanın saysız-hesabsız kənd və qəsəbələrində insanlar bankomat problem yaşayır. Ödənişlər, əsasən də pensiyalar verilən zaman rayon mərkəzlərinə qış, qar, buz demədən axın olur. Bankomat qarşısında yaşlı, ahıl, əlil insanlardan ibarət xoşagəlməz mənzərələr yaranır”.
Bunu News365.az–a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu məsələdə bankların öz
arqumeti var:
“Müştəri
azlığı, təhlükəsizlik məsələləri və xərc yüksəkliyi kimi məsələlər onları bu
işdə maraqsız edir. Amma bunun regional inkişafin təşviqi, iqtisadi
inklüzivlik, rəqəmsal ödənişlərin təşviqi, fiziki bank filiallarinin yükünü
azaldilmasi, sosial və iqtisadi inkişafin dəstəklənməsi və digər müsbət tərəfləri
də var.
Lap tutaq
ki, birbaşa iqtisadi səmərəsizlik faktoru digər müsbətləri üstələdiyi üçün
addım atılmır. Bəs Korporativ Sosial Məsuliyyət?
Hesab edirəm
ki, kəndlərdə bankomatların quraşdırlması ən yüksək Korporativ Sosial Məsuliyyət
(KSM) davranışı olardı. Banklar, bu cür addımlar atmaqla yalnız öz maliyyə məqsədlərini
deyil, həm də cəmiyyətə və sosial mühitə qarşı məsuliyyətlərini yerinə yetirmiş
olurlar.
Bir faktı
qeyd edək ki, Korporativ Sosial Məsuliyyət üzrə xərclər artıq dünyada 30
milyard dollara çatır. Çünki, KSM fəaliyyəti böyük şirkətlərin artıq səviyyə
indekatorlarından birinə çevrilir”.
News365.az