Qərbi Azərbaycanda bayram şənliyi mərasiminə icazə verilmədi

Qərbi Azərbaycanda bayram şənliyi mərasiminə icazə verilmədi
17 Mar 2025 18:45

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində keçirilməsi nəzərdə tutulan bayram şənliyi mərasiminə icazə verilməyib.


News365.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.


Bildirilib ki, mərasimdə tonqal qalanması, “Cilman”, “Saray”, “Sarıtel” və “İlqar” incəsənət və musiqi qruplarının ifası, sayaçı və təkəmçilərin çıxışları nəzərdə tutulubmuş.


Qəribədir ki, azərbaycanlıların bayram mərasiminə icazə verilmədiyi halda bölgədə yaşayan kürdlərin martın 18-də (İlaxır çərşənbədə) geniş bayram proqramı barədəki müraciətləri müsbət cavablandırılıb.


Sizin reklam burada
Sizin reklam burada