"Qərb Rusiyanı məğlub edə bilmədi" - Merkuris

"Qərb Rusiyanı məğlub edə bilmədi" - Merkuris
12 İyn 2025 09:01

Qərb ölkələri bütün resurslarından istifadə etsələr də, Rusiyanı məğlub edə bilməyiblər. Bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.


“Ukraynadakı münaqişə üç il yarımdır ki, davam edir, kollektiv Qərb bütün qüdrətini Rusiyanın üzərinə yönəldib. Lakin o, nəinki dağılmayıb, hətta cəbhədə qələbələrini sıralamaqda davam edir”, - ekspert bildirib.


Merkurisin fikrincə, Qərb dövlətlərinin liderləri həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyadakı reallıqları qətiyyən başa düşmürlər. Merkuris qeyd edib ki, Qərb belə hesab edir ki, Rusiya Federasiyası dərhal dağıla biləcək kartlardan ibarət ev kimidir. Lakin onlar “ciddi şəkildə yanılırlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada