İstanbulda bir neçə gün əvvəl fəaliyyəti dayandırıldığı açıqlanan İstanbul Bilgi University yenidən fəaliyyətə başlayıb.
News365.az-ın məlumatına görə, qərar Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub və ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı əvvəlki məhdudiyyət aradan qaldırılıb.
Erol Özvar sosial şəbəkə hesabında etdiyi açıqlamada bildirib ki, tələbə və universitet əməkdaşlarının hüquqları tam şəkildə qorunacaq və prosesdə heç bir zərər yaranmayacaq.
O qeyd edib ki, ilkin qərar qanuni prosedurlar çərçivəsində qəbul olunsa da, sonrakı qiymətləndirmələrdən sonra vəziyyət yenidən nəzərdən keçirilib və universitetin fəaliyyətinin bərpası məqsədəuyğun sayılıb.
Rəsmi qurumlar da yeni qərarın tələbələr, valideynlər və ümumilikdə ali təhsil ictimaiyyəti üçün müsbət nəticələr verəcəyinə ümid etdiklərini bildiriblər.
News365.az