"TRIPP layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq"

"TRIPP layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq"
10:25


"Gözləntimiz ondan ibarətdir ki, TRIPP layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq".

News365.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk danışıqlar ABŞ və Ermənistanla aparılır:

"Lakin marşrutun həm giriş, həm də çıxış hissəsi Azərbaycan ərazisiindədir. Ona görə amerikalı həmkarlarımız tərəfindən layihənin gedişi ilə bağlı məlumatlandırılırıq. Hazırda sənədləşmənin hazırlanması işləri aparılır. Gözləntimiz ondan ibarətdir ki, bununla bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq".

Xatırladaq ki, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.


Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər:

• "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat";

• "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat";

• "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat".

Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.


Sizin reklam burada
Sizin reklam burada