24 may 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Erkən nikah taleyimiz olmasın” adlı maarifləndirici layihə uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB-nin təşkilatçılığı ilə həyata keçirilib.
İki gün davam edən
tədbirlərdə erkən nikahın sosial, psixoloji və hüquqi fəsadları barədə
seminarlar, təqdimatlar və interaktiv müzakirələr təşkil olunub. Ekspert Reyhan
Məmmədova erkən nikahla bağlı qanunvericilik və mövcud problemlər haqqında
çıxış edib. İştirakçılara maarifləndirici kitabçalar və sertifikatlar təqdim
olunub.
Layihə rəhbəri
Vüsalə Hümbətli bildirib ki, məqsəd gəncləri düzgün məlumatlandırmaq və
cəmiyyətdə erkən nikaha qarşı maarifçilik aparmaqdır.
İştirakçılar
tədbirin faydalı və maarifləndirici olduğunu qeyd edərək, bu cür təşəbbüslərin
davamlı olmasının vacibliyini vurğulayıblar.