Misli Premyer Liqasının XXXII turunda "Qəbələ" - "Karvan-Yevlax"ı məğlub edib.
News365.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb
Bu nəticədən sonra "Qəbələ" 24 xalla 11-ci yerdədir. 14 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-cidir.
Qeyd edək ki, XXXII tura mayın 17-də yekun vurulacaq.