Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçını keçirib.
News365.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Avstriyanın "Tirol" klubu ilə qarşılaşıb.
“Qarabağ” “Tirol”u 4-0 hesabı ilə məğlub edib. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamili Duran vurub.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib – 4-3.