ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü Lisa Cooku vəzifədən uzaqlaşdırmaq cəhdini dayandırıb.
News365.az xəbər verir ki, məhkəmə qərarında Federal Ehtiyat Sisteminin rəhbərlərindən birinin vəzifədən azad edilməsinin yalnız qanunla müəyyən edilmiş hüquqi prosedurlara riayət olunmaqla mümkün olduğu qeyd edilib.
Qərarda bildirilib ki, Prezident Federal Ehtiyat Sisteminin rəhbərlərini lazımi hüquqi prosedur keçirilmədən vəzifədən uzaqlaşdıra bilməz.