UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib

UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
21:35

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

News365.az xəbər verir ki, əsas kartın döyüşlərinə start verilib.

Kartın ilk görüşü orta çəki dərəcəsində baş tutub.

Almaniya təmsilçisi Abus Maqomedov Polşadan olan Mixal Olekseyçukla qarşılaşıb. 

Maqomedov ilk raundda rəqibini sabmişşınla məğlub edib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.


Sizin reklam burada
Sizin reklam burada