Qazi olan müəllim vəfat edib

Qazi olan müəllim vəfat edib
12:17

Lerikdə Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib.

Müəllim kimi fəaliyyət göstərən Şamo İbadov xəstəlik səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, o, pedaqoji fəaliyyətini müvəqqəti dayandıraraq 44 günlük Vətən müharibəsində könüllü şəkildə iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən qazilərdən biri olub.

Qeyd edək ki, Vətən müharibəsində iştirak etdikdən sonra Şamo İbadov ağır xəstəliyə tutulmuşdu.


Allah rəhmət eləsin.


Sizin reklam burada
Sizin reklam burada