Yaxın Şərqdə davam edən gərginlik fonunda Hörmüz boğazı ilə hərəkət edən gəmilərə hücumların davam etməsi səbəbindən təxminən 6 min dənizçi körfəzdə təhlükəli vəziyyətdə qalıb.
News365.az xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominguez bildirib.
O, son iki gün ərzində bir neçə ticarət gəmisinə edilən hücumları qətiyyətlə pisləyərək, günahsız dənizçilərin yenidən "ciddi təhlükə" ilə üz-üzə qaldığını vurğulayıb.
Baş katib qeyd edib ki, Yaxın Şərqdə münaqişə başlayandan bəri göyərtəsində ümumilikdə 6 minə yaxın ekipaj üzvü olan yüzlərlə gəmi körfəzdən təhlükəsiz şəkildə çıxa bilməyərək bölgədə ilişib qalıb.
News365.az