Vanuatunun Tafea əyalətinin İsanqel şəhərindən 91 kilometr cənub-cənub-qərbdə 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
“CGTN”ə istinadən News365.az-ın verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla çərşənbə axşamı, yerin 10 kilometr dərinliyində baş verib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib. Dağıntı və zərərçəkənlər barədə hələlik hər hansı məlumat daxil olmayıb.
News365.az