Qazaxıstanlı gənc Cennifer Lopezə 3 qızılgül hədiyyə etməsinin səbəbini açıqladı – FOTOLAR

Qazaxıstanlı gənc Cennifer Lopezə 3 qızılgül hədiyyə etməsinin səbəbini açıqladı – FOTOLAR
13:21

Qazaxıstanlı Madiyar Muldaşev sosial şəbəkələrdə məşhurlaşmasından sonra Astana konsertində Cennifer Lopezə sellofanda üç qırmızı gül bağışlaması ilə əlaqədar hərəkətini izah edib və müğənninin pərəstişkarlarına fləşmob təklif edib.

Bu barədə məlumatı Zakon.kz yayıb.

Madiyar 2 avqustda Threads sosial platformasında paylaşım edərək yazıb:

“Threads-də oxuyuram, hamı o üç qızılgülü müzakirə edir ki, mən bağışlamışam”.

Onun sözlərinə görə, o, qəsdən kiçik buket seçib ki, izdihamda zədələnməsin:

“Birinci sıraya düşmək uğrunda mübarizədə adi buket sağ qalmazdı. Amma kiçik buket rahat idi – nazik, yüngül, 8 saat küçədə, 4 saat zalda dözdü”.

Madiyar zarafatla qeyd edib ki, indi hər kəs sevdiyinə sadəcə beş gül hədiyyə edə bilər, çünki “Jey Lo üç gülə də sevinmişdi”. O, həmçinin konsert zamanı müğənni ilə selfi çəkdirə bilib.

O, Cennifer Lopezin növbəti Almatı konsertində pərəstişkarlarına sellofanda üç qızılgül gətirməyi təklif edib:

“Təsəvvür edin, o, necə təəccüblənəcək”, – deyə əlavə edib.

Amerikalı ulduz Cennifer Lopezin Astanadakı çıxışı 1 avqust, cümə günü baş tutub.



Sizin reklam burada
Sizin reklam burada