Qazaxda kişi dəm qazından boğularaq ölüb

Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:20

Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada