News365.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında deputat Səyyad Aran deyib.
O bildirib ki, həmin məktəb 1964-cü ildə istifadəyə verilib:
"Yəni 62 ildir. Səsləndirdiyim problem isə tam olaraq həllini tapmayıb. Elm və Təhsil Nazirliyi ilə bağlı qeydlərim, iradlarım hələ də həyata keçmir. Parlament nə üçündür? Gördüklərimizi, bildiklərimizi, xalqın bizə söylədiyi nöqsanları, iradları, məsləhətləri orada danışmaq üçün. Milli Məclisdə də danışırıq, necə deyərlər, mesaj ötürürük ki, belə məsələlər var. Bir il ərzində bu problemi həll edə bilmirsənsə, mənim sənə sözüm yoxdur".
Deputat əlavə edib ki, bu dəfə əsas giley-güzarı Elm və Təhsil Nazirliyindən olub, növbəti dəfə imkan olsa, başqa nazirliklər haqqında da sözünü deyəcək:
"Həmin qurumlarla bağlı qeydlər aparmışam. Parlamentdə növbəti iclaslarda adlarını çəkəcəyəm".