Parlamentdə evlilik təklifi - VİDEO

Parlamentdə evlilik təklifi - VİDEO
17:20
Avstraliyanın Yeni Cənubi Uels Ştatının Parlamentində diqqətçəkən anlar yaşanıb.

News365.az xarici mətbuata istinadən xəbər verir ki, Rayd seçki dairəsini təmsil edən 32 yaşlı Liberal Partiyalı deputat Cordan Leyn parlamentdəki vida çıxışı zamanı pencəyinin cibindən üzük qutusunu çıxararaq uzun müddətdir münasibətdə olduğu Nataliyə evlilik təklifi edib.

Leyn çıxışının sonunda "Cənab Sədr, Rayd dairəsinin deputatı kimi son sualım həyatımın böyük sevgisi Nataliyədir: Mənimlə evlənərsənmi?" ifadələrini işlədib.

Zalın alqışları ilə qarşılanan bu təklif müsbət cavablandırılıb. Deputat Leyn isə zarafatyana bir üslubla xanımın "bəli" cavabının parlamentin rəsmi stenoqramında qeyd olunmasını xahiş edib.

Qeyd edək ki, Rayd dairəsinin deputatı Cordan Leyn 2027-ci ilin martında keçiriləcək Yeni Cənubi Uels ştat seçkilərində namizədliyini irəli sürməyəcəyini elan edib. O, bu qərarla əlaqədar etdiyi vida çıxışında siyasi fəaliyyətinə, təmsil etdiyi seçki dairəsinə və ona dəstək verən insanlara dair fikirlərini bölüşüb.


Sizin reklam burada
Sizin reklam burada