Təxminən 25 ildir əli Azərbaycan vətəndaşının
cibində olan "Azərlotereya" ASC hər il bu niyyətini bir qədər də təkmilləşdirir.
Qazandırırmı, bədbəxt edirmi? Ümumiyyətlə, qumar heç vaxt qazandırmır, rəsmi
qumar isə... Bu artıq başqa məsələdir...
News365.az Bizimesr.az-a istinadən bildirir ki, yarım əsrin yarısı qədər
Azərbaycanda tarixi olan Azərlotereya ASC-nın kağız parçalarından böyük pullar əldə
edilib, əvəzində isə çox az faiz insan bundan qazana bilib. Bu illər ərzində
çox az sayda insan gözəlim “Azərlotereya”nın şanslısı olub. Amma yüz minlərlə
insan pulunu, həyatını, evini uduzub. Amma bu qumardır və ağlın var oynama...
Bəs insanlar niyə oynayır? Məcburiyyətdənmi?
Bəlkə də hə, bəlkə də “Azərlotereya”nın tək tərəfli reklamlarının qurbanı olur.
Telekanallarda, xəbər saytlarında, küçədə, hər yerdə “Azərlotereya”nın yalnız
“Qazan” təbliğatı insanları aldada bilib və davam edir... Amma artıq əvvəlki
sürətdə deyil, daha zəif, demək olar ki, 5-10 faiz...
Olduqca maraqlı məqamdır - daha “Azərlotereya”
nə əvvəlki kimi qazanmır... Səbəblər aydındır: insanlar artıq “Azərlotereya”
ala biləcək gücdə də deyil, üstəlik heç 5 faiz uduşa malik olmayan o balaca
kağız parçalarına çox az adam inanır. Əslində bu, “Azərlotereya”nın uzun illər
davam edən insanları aldatmasının acı sonluğudur.
Amma şirkət var gücü ilə yenidən - yeni
reklamlarla, yeni “imkanlarla” - qumar bazarında yerini başqa oyunlara vermək
istəmir. Maraqlıdır, qumarbaz qumar oynayandır, bəs qumarı oynadan kimdir?
Qumarxananın sahibi?
Azərbaycanda Azərlotereya ASC-nin İdarə Heyətinin
sədri Osman Karakuşdur. Deyilənə görə, bu sahəni yaxşı bilən adamdır, türk
abimizdir... Qardaş ölkədə qəşəng pullar qazanır.
Bizimesr.az-a daxil olan məlumata görə,
hazırda "Azərlotereya" ASC-nin gəlirlərinin niyə azaldığı
araşdırılır. Hətta əvvəlki qaydaya uyğun - daha az uduşla daha çox qazanc əldə
etməyin yeni yolları axtarılır. Qeyd edilir ki, şirkətin gəlirləri böyük faizlə
aşağı düşüb və bu da gələcək üçün ciddi siqnal sayılır. Bu səbəbdən yeni
reklamlar, yeni oyun modelləri üzərində düşünməyin vaxtı gəlib. Azərbaycanda
qumar oyunçularını daha fərqli üsullarla bu sahəyə cəlb etməyin yolları
araşdırılır.
Əsas məqsəd isə dəyişmir: "Azərlotereya"qazanmalırı,
vətəndaş isə ağılı varsa oynamasın...