"Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib"

"Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib"
14:17

Moskvada aprelin 1-də Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı qapalı danışıqlar səmimi və vacib olub.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, Putin və Paşinyan bir neçə saat söhbət ediblər.

Kremlin sözçüsü danışıqları səmimi, faydalı və zəruri adlandırıb.

“Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər və gündəlikdəki əsas ticarət-iqtisadi əməkdaşlıq məsələləri kontekstində mövqelərini çatdırdılar”, Peskov qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada