Eldar Əzizov Keşləyə getdi - FOTO

Eldar Əzizov Keşləyə getdi - FOTO
13:51

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.

Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.

Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər. (Qafqazinfo.az)





Sizin reklam burada
Sizin reklam burada