Qardaşı oğlunun qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ

Qardaşı oğlunun qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ
17:07

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadov barəsində həbs qətimkan tədbiri seçilib.

News365.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində 1987-ci il təvəllüdlü B.İbadovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və B.İbadov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, noyabrın 4-də Bakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində 2006-cı il təvəllüdlü Yasin İbadov qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Y.İbadovun əmisi B.İbadov saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada