Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bəzi hissələri buz bağlayıb.
News365.az xəbər verir ki, buzlaşma daha çox Qobustan rayonu ərazisindən keçən hissədə müşahidə olunur.
Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi təyinatlı texnikaları əraziyə cəlb edilib. Yolun təhlükəli sayılan döngəli və enişli-yoxuşlu hissələrinə duz-qum qarışığı səpilib.
Sürüşmə səbəbindən yolun Şamaxıdan keçən hissəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.