Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür edib

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür edib
02 Mar 2026 22:20

Rusiya baş nazirinin müavini Aleksey Overçuk göstərdiyi mehriban münasibətə və rusiyalıların sərhədi keçməsindəki səylərinə görə Azərbaycana təşəkkür edib. 

News365.az xəbər verir ki, Overçuk Rusiya vətəndaşlarından ibarət birinci qrupun artıq Azərbaycan-İran sərhədini keçdiyini söyləyib.

"50-yə yaxın Rusiya vətəndaşı artıq Azərbaycan ərazisindədir. Ümumilikdə 500-dən çox Rusiya vətəndaşı Azərbaycana keçmək üçün qeydiyyatdan keçib. Azərbaycan tərəfinin vətəndaşlarımıza konstruktiv və mehriban münasibətini qeyd edirik. Biz buna görə minnətdarıq", - Baş nazirin müavini vurğulayıb./APA


Sizin reklam burada
Sizin reklam burada