Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib

Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
18:45

Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin tərkibi və sayı müəyyənləşib.

News365.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, kollegiya üzvləri doqquz nəfərdən ibarətdir və aşağıdakılardır:

Kollegiyanın sədri

Dövlət Turizm Agentliyinin sədri

Kollegiyanın üzvləri:

- Dövlət Turizm Agentliyi sədrinin müavini

- Dövlət Turizm Agentliyi Aparatının rəhbəri

- Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri

- Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri

- Turizm və Menecment Universitetinin rektoru

- Turizm Bürosu İdarə Heyətinin sədri

- Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri

- Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru.


Sizin reklam burada
Sizin reklam burada