“Biz sənət adamlarıyıq. Təbii ki, bizim həyatımız insanlar üçün maraqlıdır. Harada yaşayırıq? Evimiz necə evdir? və s. Dəfələrlə olub ki, biz qonaq olaraq hansısa məşhurun evinə yığılmışıq. Səmimi söhbətlər edilib. Maraqlı verilişlər çəkilib. Bu normal bir şeydir. Lakin mətbəxi çıxarıb ortalığa tökmək... Bu artıq düzgün deyil”.
News365.az xəbər
verir ki, bu sözləri məşhur müğənni Vasif Məhərrəmli deyib. Müğənni qeyd edib
ki, tanınmış insanların həyatı hərkəs üçün maraqlıdır. Lakin bu o demək deyil
ki, məşhurlar şəxsi həyatları ilə bağlı hər şeyi açıb danışmalıdırlar:
“Müəyyən şeylər var ki, onu kənar şəxlər bilməməlidir. Ailə həyatı, mal-mülk
haqqında çox danışmaq yaxşı deyil. Amma bəzi müğənilər heç bir sərhəd gözləmədən
hər şeydən danışırlar. Sanki yarışa çıxıblar. Biri deyir 10 evim var. O biri
deyir 15. Kimin nəyi varsa, halal xoşu olsun. Sağlığına qismət. Mən heç vaxt belə
şeylərdən danışmamışam. Bizim pulumuz kimlərinsə gözündə bir milçək
vızıltısdır. Kimlər üçünsə də böyük bir sərvətdir. Belə şeylərdən danışmaq
insanları qıcıqlandıra bilər. Mən bu tip mövzuların efirdə müzəkirəsinin əleyhinəyəm".