Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, ötən gün Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirib. Bu barədə xəbəri ilk unikal.org yayıb