"Qarabağdakı ermənilər separatçıların girovu idilər"- Politoloqdan AÇIQLAMA

"Qarabağdakı ermənilər separatçıların girovu idilər"- Politoloqdan AÇIQLAMA
17:19

"Bütün ermənilər anlayırlar ki, Azərbaycan ordusu lokal xarakterli antiterror tədbirləri keçirməklə Qarabağdakı erməniləri girovluqdan azad etdi. Sadəcə, ermənilər həyasız və ikiüzlü olduqları üçün bunu etiraf etmirlər. Qarabağdakı ermənilər separatçıların girovu idilər. "

Politoloq Mehman İsmayılov bunu News365.az-a deyib. 

"Onları döyüşə məcbur göndərən, talançılığa, soyğunçuluğa və insanlıq əleyhinə cinayətlərə sövq edən də məhz separatçılar idi.

Azərbaycan ordusu 23 saat ərzində keçirdiyi bu əməliyyatla həmin ermənilərin həyatını xilas etdi. Ona görə də onlar könüllü şəkildə təslim oldular. Üstəlik, keçmişdə törətdikləri saysız-hesabsız cinayətlərin Azərbaycan hüquq-mühafizə orqanlarının arxivlərində açıq-aşkar qeyd olunduğunu bildikləri üçün başqa seçimləri yox idi.

Sanberk Şahramanyan döyüşə biləcək gücdə deyildi. Azərbaycan ordusunun endirdiyi dəqiq zərbələr nəticəsində onlar çox qısa müddətdə güclərini itirdilər. Aleyhisselam da haqlı olaraq onlara deyir ki, “Müqavimət göstərə bilərdiniz, vuruşa bilərdiniz. Axı 2 milyard 500 milyon dollarlıq silahınız var idi!”

Amma burada maraqlı bir məqam da var. O da budur ki, Ermənistan onlara bir o qədər də silah vermişdi. Halbuki indiyə qədər “Qarabağın özünümüdafiə ordusu” kimi nağıllar danışırdılar və bunu Ermənistandan ayrı təqdim etməyə çalışırdılar.

İndi isə Ermənistan özü etiraf edir ki, separatçılara bu qədər silah verib. Onda sual yaranır: Bəs niyə vuruşmadınız? Niyə müqavimət göstərmədiniz?

Çünki bugünkü Ermənistan hakimiyyəti anlayır ki, Rusiya Qarabağdakı ermənilərdən Paşinyanı devirmək üçün istifadə etmək istəyirdi. Buna görə də Ruben Vardanyanı göndərmişdilər, buna görə “Miat Sum” ideyasına ikinci nəfəs verməyə çalışırdılar və separatizmi yenidən gücləndirmək istəyirdilər."


Sizin reklam burada
Sizin reklam burada