“Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın əvəzedilməz töhfələri var” Politoloq

“Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın əvəzedilməz töhfələri var” Politoloq
13 Fev 2025 20:06

“Azərbaycan və Gürcüstan arasında strateji, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir.

Politoloq Tural İsmayılov bu sözləri News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında formalaşan dərin əməkdaşlıq meyarları qonşu dövlətlər arasında münasibətlərin inkişaf potensialının əyani sübutudur.

“İllərlə Gürcüstan siyasi rəhbərliyində təmsil olunanlar Azərbaycan-Gürcüstan münasibətlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər. Hər iki ölkənin bir-birinə atdığı addımlar ən yüksək səviyyədə nümayiş etdirilib. Hazırda da Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlıq uğurla davam edir. Demək olar ki, hər il Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstana, yaxud Gürcüstan siyasi rəhbərliyinin müxtəlif nümayəndələri ölkəmizə səfərlər edirlər. Son olaraq Gürcüstanın Baş naziri Azərbaycana səfər edib və çıxışlarında Azərbaycan-Gürcüstan münasibətlərinin əhəmiyyətini, bu məsələyə Gürcüstanın xüsusi həssaslıqla yanaşdığını ifadə edib. Eyni zamanda, İrakli Kobaxidzenin Prezident İlham Əliyevə qarşılıqlı əlaqələrə görə təşəkkür etməsi Gürcüstan rəhbərliyinin Azərbaycana olan hörmətinin bariz nümunəsidir. Bu gün Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın əvəzedilməz töhfələri var. Azərbaycanın həyata keçirdiyi bir sıra iqtisadi layihələr Gürcüstanın iqtisadiyyatına ciddi fayda verir və Gürcüstan da bunu yüksək dəyərləndirir” – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada