Salah Al-Hilal yolunda...

Salah Al-Hilal yolunda...
19:59

Al-Hilal-in baş məşqçisi Jorge Jesus, mövsümün sonunda Liverpool ilə müqaviləsi bitəcək olan Mohamed Salah-ı komandasında görmək istədiyini bildirib.


Jesus, Canal 11-ə verdiyi müsahibədə, "Salah-ı Al-Hilal-də görmək istərdim. Komandaya uyğun oyun tərzi var." – deyə qeyd edib.


Mohamed Salah isə daha öncə verdiyi açıqlamada, "Bu il, Liverpool-dakı son ilimdir. Hələlik heç bir irəliləyiş yoxdur, gözləyib görəcəyik." – sözlərini işlədib.


Bu mövsüm Liverpool forması ilə 35 oyuna çıxan Salah, 27 qol və 19 asist edərək möhtəşəm performans sərgiləyib.



Sizin reklam burada
Sizin reklam burada