"Ermənistan təhlükəsizlik baxımından özünü rahat hiss etmir"- Qədir Aslan

"Ermənistan təhlükəsizlik baxımından özünü rahat hiss etmir"- Qədir Aslan
16:33

'Bu xartiyanın imzalanması və oradakı bəntlər onu deməyə əsas verir ki, həqiqətən də tərəflər arasında təmas olub. Yəni, yeni administrasiya və ofisə gələcək administrasiya arasında koordinasiya aparılmalı olub. Mən də bu qənaətədəyəm.'

Politoloq Qədir Aslan bunu News365.az-a açıqlamasında deyib. 

"Səmərəlilik məsələsinə gəldikdə isə, Wainst ilə keçirilən görüşdə bu söz konkret hansı mənada işlədilib, onu dəqiq müəyyənləşdirmək lazımdır. Çünki “səmərəli” ifadəsi fərqli mənalar daşıya bilər. Məsələn, bu, xartiyanın bəntlərinin növbəti administrasiya tərəfindən mərhələli şəkildə icra ediləcəyini ifadə edə bilər. Eyni zamanda, Ermənistanın Qafqazdakı siyasətinə yenidən baxılması və ya bu çərçivədə müəyyən dəyişikliklərin edilməsi ehtimalını da nəzərdə tuta bilər.

Bundan əlavə, burada Ermənistana təhlükəsizlik çətirinin verilməsi məsələsi də önəmlidir. Əgər “səmərəli” sözü bu kontekstdə istifadə olunubsa, bu, tərəflərin Rusiyadan gələn ehtimalı təhdidləri də müzakirə etdiyini göstərə bilər. Çünki hazırda Ermənistan təhlükəsizlik baxımından özünü rahat hiss etmir. Rusiyanın təhdidləri həm daxili siyasətdə, həm də rəsmi açıqlamalarda özünü göstərir. Məsələn, Averçuk Ermənistanın “Titanikdə son bileti aldığını” bildirmişdi, Peskov isə erməni vətəndaşlarının Rusiya ticarətindən gələn gəlirlərlə dolandığını vurğulamışdı.

Əgər “səmərəli” ifadəsi bu məsələləri də əhatə edirsə, deməli, görüş Ermənistan üçün mühüm nəticələr doğura bilər.


Sizin reklam burada
Sizin reklam burada