Azərbaycanda sonuncu kolxoz da ləğv olundu

Azərbaycanda sonuncu kolxoz da ləğv olundu
13 Fev 2025 21:29

İsmayıllı rayonunun İvanovka kəndindəki Nikitin adına kolxozun adı və təşkilati-hüquqi forması dəyişdirilib.


News365.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.


Qeyd edilib ki, kolxoz bundan sonra “İvanovka Aqropark” ASC adlandırılacaq.


Əvvəlki adı "Kalinin kolxozu" olan Nikitin kolxozu 1936-cı ildə yaradılıb. 1953-1994-cü illərdə ona Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib.


Müəssisə Azərbaycanda son dövrə qədər fəaliyyət göstərən yeganə kolxoz idi.


Sizin reklam burada
Sizin reklam burada