Soçidə 4,2 bal gücündə zəlzələ baş verib.
News365.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Yeraltı təkanları Makarenko mikrorayonunun sakinləri hiss ediblər və bu barədə xilasedicilərə bildiriblər.
Avropa-Aralıq Seysmoloji Mərkəzi (ESMC) zəlzələnin 22 km dərinlikdə, şəhərdən 28 km şimalda yerləşdiyini qeyd edib.