"Hərbçilər arasında belə bir ifadə var – “ərazi kəşfi”. Yəni, müəyyən istiqamətlərdə arazi kəşfi aparılır. Bu proses, adətən, mümkün əməliyyat bölgələri kimi qiymətləndirilə biləcək əraziləri müəyyən etmək məqsədi daşıyır."
Hərbi ekspert Şair Ramaldanov bunu News365.az-a deyib.
"Avropa İttifaqı missiyasının əsas vəzifəsinin Ermənistan və Azərbaycan sərhədində sabitliyi və təhlükəsizliyi təmin etməkdir. Lakin, monitorinq qrupunun bəzi hallarda mandatını aşaraq addımlar atması onun qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Eyni zamanda, missiyanın Azərbaycana qarşı təxribatçı mühit yaratması və bəzi hallarda buna göz yumması vəziyyəti daha da gərginləşdirir.
Regionda gərginliyin artırılmasına hesablanmış bu addımlar Azərbaycanın təxribata çəkilməsi və əks-hücum əməliyyatlarına sövq edilməsi məqsədi daşıyır. Lakin Azərbaycan bu cür təxribatlara uymayacaq.