Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada xarici liderləri, o cümlədən amerikalı həmkarı Donald Trampı məmnuniyyətlə qarşılayardı.
News365.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, Rusiya üçün xüsusilə indiki şəraitdə mühüm gündür:
“Bu, faşizm üzərində qələbənin simvolu olan bir gündür. Və bu mövzu, təəssüf ki, indi həmişəkindən daha aktualdır. Və buna görə də bu qələbənin sevincini və bu günün əhəmiyyətini bizimlə bölüşməyə qərar verən ölkələr, xüsusən də böyük dövlətlər varsa, əlbəttə ki, biz və xüsusən də Prezident Putin onları Moskvada salamlamağa şad olarıq”.
Xatırladaq ki, Moskvada 9 mayda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı parad keçiriləcək.