Qarabağda 58 şagird məzun sevincini yaşadı

Qarabağda 58 şagird məzun sevincini yaşadı
14 İyn 2025 12:33

Bu gün respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib. 

News365.az xəbər verir ki, 2024-2025-ci tədris ilində Qarabağ Regional Təhsil İdarəsi üzrə 7 013, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən isə 58 şagird məzun olub. 

Bu tədris ilində 7 838 şagird birinci sinfi bitirib, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 6 173 uşaq təhsil alıb.


Sizin reklam burada
Sizin reklam burada