"Qara dənizdə dinc ticarət tam bərpa edilməlidir"

"Qara dənizdə dinc ticarət tam bərpa edilməlidir"
25 Mar 2025 01:40

News365.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Tami Brüs bildirib ki, tərəflər arasındakı fikir ayrılıqları və "dayanıqlı sülhə aparacaq proses" yalnız tam atəşkəsdən sonra müzakirə edilə bilər.


"Bizə bu məqsədə çatmağa imkan verəcək yeganə yol, hazırda Səudiyyə Ərəbistanında aparılan danışıqlar və texniki müzakirələrdir", - deyə Brüs qeyd edib.


Onun sözlərinə görə, Ər-Riyadda Qara dənizdə hücumların dayandırılmasına dair moratorium məsələsi də müzakirə olunur. "Məqsəd Qara dənizdə dinc ticarət fəaliyyətini tam bərpa etməkdir", - o vurğulayıb


Sizin reklam burada
Sizin reklam burada