Qadınları fotoları ilə şantaj edən şəxs SAXLANILDI

Qadınları fotoları ilə şantaj edən şəxs SAXLANILDI
21 May 2025 16:44

Lənkəran sakini olan qadını şantaj edən şəxs tutulub. 

News365.az xəbər verir ki, DİN Mətbuat xidmətindən bildirilib ki, rayon sakini olan qadının üzərinə rüsvayedici sözlər yazılmış fotosunun sosial şəbəkədə paylaşılması və silinməsi müqabilində ondan bir neçə dəfə müxtəlif məbləğlərdə pul tələb olunması barədə polisə məlumat daxil olub.   

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri ilə hədə-qorxuda şübhəli bilinən Bakı sakini 25 yaşlı Əli Müslümov saxlanılıb. 

 Araşdırmalarla Ə. Müslümovun sosial şəbəkədə işlətdiyi səhifələrdə ayrı-ayrı qadınların fotoşəkillərini paylaşıb müxtəlif məbləğlərdə pul tələb edərək alması müəyyən olunub. 

Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada