Putin regional səfərə çıxacaq

Putin regional səfərə çıxacaq
16 Fev 2025 19:30

Rusiya Prezidenti Vladimir Putin gələn həftə regional səfərə çıxacaq.


News365.az xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.


Dövlət başçısının haraya səfər edəcəyi isə dəqiqləşdirilməyib.


Qeyd edilir ki, Rusiya liderinin gələn həftə üçün proqramında İllik Məhkəmə Konfransında iştirak da var.


Bundan əlavə, Putin Gələcəyin Texnologiyaları Forumunun iştirakçıları qarşısında çıxış edəcək və hökumətlə tibbi müayinə məsələləri ilə bağlı görüş keçirəcək.


Sizin reklam burada
Sizin reklam burada